Lerikdə itkin düşən şəxsin meyiti taplıb.

"Unikal" xəbər verir ki, 35 yaşlı Şahin Şərifovun meyiti çay kənarında aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. 

***11:07

Lerikdə 3 gündür ki, kişi axtarılır.

"Unikal" xəbər verir ki, Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifov itkin düşüb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəlil Əliyev