Xəbər verdiyimiz kimi, mayın 30-da Rusiyada azərbaycanlıların olduğu avtomobilin qəzaya düşməsi nəticəsində 3 nəfər həmyerlimiz ölüb.

"Unikal"ın məlumatına görə, həyatını itirən gənclərdən biri Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Məmmədovdur. Mərhum ötən gün kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qəzada ölən digər iki nəfər isə Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov idi.

Seymur Əli