Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin saytında məlumat verilib.

Söhbət zamanı tərəflər ikitərəfli və regional gündəliyin bir sıra məsələlərini, həmçinin qarşıdan gələn Rusiya-Ermənistan təmaslarının cədvəlinə dair “sinxron saatlar”ı müzakirə ediblər.

“Söhbət zamanı diplomatik missiyanın rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi barədə məlumat verilib”, - nəşr yazır.

Bu kontekstdə iki ölkənin müvafiq idarələri arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifinin təsdiqləndiyi vurğulanır.

*** 16:37

Ermənistan səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Səfirin hansı səbəbdən XİN-ə çağırıldığı açıqlanmayıb.