Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, təxminən 5 ildən sonra əmək bazarının mənzərəsi dəyişəcək. Onun sözlərinə görə, bəzi ixtisaslar təxminən 5 ilə ləğv olunacaq. 

Bəs görəsən, qarşıdakı illərdə hansı ixtisaslar ləğv oluna bilər və hansılara tələbat artar?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov "Unikal"a açıqlamasında bildirib ki, növbəti mərhələdə proseslərin dəyişəcəyinin şahidi olacayıq. 

Deputat qeyd edib ki, əmək bazarının mənzərəsi dəyişəcək: "Amma çox ixtisasın ləğv olunacağını hesab etmirəm. Düşünürəm ki, gələcəkdə bəzi ixtisaslara tələbat daha çox olacaq. İnformasiya texnologiyaları mühəndisliyi üzrə ehtiyac daha da artacaq. Gənclər o ixtisasa meyl göstərməlidirlər ki, orada daha çox tələbat olacaq. İnformasiya texnologiyaları, kompüter, qida, inşaat mühəndisliyi və s. sahələri qeyd etmək olar. Gənclər daha çox bu sahələrə yönəlməli və bacarıqlarını artırmalıdırlar. Hansısa ixtisasın tamamilə ləğv olunacağı düşüncəsində deyiləm. Amma bəzi ixtisaslara tələbat daha çox artacaq. Gənclərimiz həmin sahələrə daha çox istiqamətlənməli və özlərini inkişaf etdirməlidirlər".

Anar Kəlbiyev