21–26 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Milli dəyərlərlə rəqəmsal gələcaəyə” devizi altında gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi keçirilib.

"Unikal" xəbər verir ki, düşərgənin məqsədi gənc alim və tədqiqatçıların bilik və təcrübə mübadiləsi aparması, elmi əməkdaşlıqların genişləndirilməsi, innovativ ideyaların təşviqi və intellektual inkişaf mühitinin gücləndirilməsi olub.

Tədbirdə Azərbaycan İdman Akademiyasının (ASA) Elmi-tədqiqat mərkəzinin tədqiqat işləri üzrə koordinatoru İlkin Məmmədov da iştirak edib. O, müxtəlif elmi sessiya və müzakirələrdə fəallığı ilə seçilərək gənc alimlər arasında təcrübə mübadiləsinə töhfə verib. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, fəallığı ilə fərqlənənlər isə mükafatlandırılıblar.