Nazirlər parlamentdə hesabat verir
Nazirlər parlamentdə hesabat verir

Oqtay Əsədov nazirləri təbrik etdi

Milli Məclisin növbəti plenar iclası olub. İclasda 2014-cü ilin dövlət büdcəsi müzakirə olunub. Qeyd edək ki, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələri 4 gün - 12, 13, 14, 15 noyabrda büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir. İclası spiker Oqtay Əsədov açıb və iclasa yeni nazir qismində qatılan hökimət üzvlərini təbrik edib. Oqtay Əsədov gündəlikdə 2014-cü ilin büdcə layihəsi olduğunu bildirərək, bunun Konstitusiya Günü ilə üst-üstə düşməsini əlamətdar hadisə adlandırıb.

Spiker bildirib ki, son ildə büdcə 2,4 dəfə artıb. Ölkənin iqtisadi sfersına 150 milyard sərmayə yatırlıb. “Ölkənin 50 milyard dollarlıq valyuta ehtiyatı yaranıb. Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. Büdcə reallığı və iqtisadi inkişaf səviyyəsini əks etdirir”. O
. Əsədov deyib ki, Hesablama Palatası büdcəyə rəy verib. “2014-cü ilin büdcə layihəsi Azərbaycanın sabit iqtisadi inkişafına əminlik yaradır. Gələn il üçün ÜDM 75 milyon dollar olması proqnozlaşdırılır. bu əsasən qeyri- neft sektorundan əldə edilməlidir”.
Neftin kölgəsindən çıxırıq
2014-cü il üçün dövlət büdcəsini İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.O, bildirib ki, cari ildə adambaşına düşən gəlir MDB ölkələri arasında ən çox Azərbaycanın payına düşür.

ÜDM 100 milyard, büdcə 35 milyard dollar olacaq
“Ancaq bu rəqəm heç də neft hesabına gəlirlərdən əldə edilməyib. Yaxın 4-5 ildə ÜDM-in 100 milyard, büdcə göstəricilərinin 30-35 milyard dollar olacağı pöroqnozlaşdırılır. Nəzərdə tutulur ki, növbəti ildə Neft Fondundan transfer nəzərə alınmadan gəlirlər 1,2 milyard manatdan çox olacaq. Azərbaycandan çox neft hasil edən ölkələrdə belə, qeyri-neft sektoru bu qədər tez inkişaf etdirilə bilməyib”-deyə komitə sədri vurğulayıb.
Z. Səmədzadə qeyd edib ki, bu faktor ölkə iqtisadiyyatının neft sektorundan asılılığından azad edilməsini təmin edir.
“Gələn il dövlət büdcəsindəki xərclər iqtisadi islahatları davam etdirmək, ölkənin müdafiə qabiliyyətini yüksəltmək, əhalinin rifah halının yüksəldilməsi regional iqtisadi inkişafı təmin edəcək. Hazırda həyta keçirilən neft layihələri Azərbaycanın müstəqilliyini təmin edən amilə çevrilir”.

“Büdcə gəlirləri 770 milyon manat azalıb”
Deputatın sözlərinə görə, bununla yanaşı, Azərbaycanın iqtisadi müstəqilliyi milli layihələrin həyata keçirilməsinə də şərait yaradır. Z.Səmədzadə yeni Sənaye və Energetika Nazirliyinin yaradılmasını müsbət qiymətləndirib. O qeyd edib ki, bu nazirliyin yaradılması enerji təhlükəsizliyi baxımından mühüm amildir. “Çünki energetika sahəsinin inkişafı Azərbaycan üçün daimi gəlir mənbəyidir”.
Z.Səmədzadə sosial sahəyə yönələn vəsaitlərdə artım olduğunu bildirib.
“Baxmayaraq ki, büdcə gəlirləri 770 milyon manat azalıb, lakin sosial sferada bütün sahələrə ayrılan vəsaitin həcmi artıb. Hazırda Azərbaycanın büdcəsi Gürcüstandan 5, Ermənistandan isə 6 dəfə çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsinin 80 faizini təmin edir”.

“Yeni iş yerlərinin
açılması vacibdir
Komitə sədri problemlərə də toxunub. O bildirib ki, problemlərimiz də mövcuddur. “Yeni iş yerlərinin açılması vacibdir. İqtisadi səhələrdə kadrlar yetişdirilməlidir. Azərbaycan müstəqil siyasət yürüdür. Miqraysiya axını azaldılmalıdır. Biz hesabladıq. Bəzi sahələrdə əmək haqqı azdır, amma imkan var ki, bu əmək haqqı artırılsın”-deyə Z.Səmədzadə vurğulayıb.

“Vergidən yayınmaların qarşısı alınmalıdır”
Qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması əsas prioritet məsələ kimi qəbul edilib
"Cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106,1%, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17,3 faiz çoxdur". Bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxışında bildirib.
Büdcədə 1 barel xam nef 100 dolları səviyyəsində qəbul edilib
Nazirin sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93, 3 faiz icra olunub. Bu isə 11 milyard 623 milyon manat vəsait deməkdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur: "2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il ÜDM-in 5,2 faiz həcmində artırılması, qeyri-neft sektorunda ÜDM-in 10 faizlik artım sürəti əsas götürülüb. Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib".
Neft Fondundan büdcəyə transfer olunacaq
pulun məbləği 2 milyard manat azaldılıb
Maliyyə naziri, həmçinin qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat nəzərdə tutulur: "2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur.
Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfer nəzərdə tutulur. Yəni transferin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur".

Dövlət borcu ilə
bağlı xərclər eyni
səviyyədə qalıb
"2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək" - deyə nazir çıxışına əlavə edib.
Nazir çıxışı zamanı vurğulayıb ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalıb. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalıb. 2014-cü ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur.

İpoteka kreditləri
üçün isə 40 milyon
manat ayrılacaq
Nazir bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Kənd təsərrüfatının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat vəsait ayrılacaq. İpoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaq. Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaq. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub.

Gələn ilin büdcəsində
artıq pul qalacaq
2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcək. Xərclər isə 24 milyard 444 milyon manat olacağı praqnozlaşdırılır. 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5, 2 faizi, qeyri-neft ÜDM-in isə 10 faizlik artım sürəti əsas götürülüb. Xam neftin 1 barel üçün orta qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 83 milyon manat çoxdur. Təbii ki, gələn il üçün büdcə artıqlıqları da olacaq. Bu əsasən münbit neft qiymətlərinin konnekturası ilə bağlıdır. Bu da xəzinədə qalmaqla növbəti ildə büdcənin kəsirinin maliyyələşməsinə yönəldiləcək".

3 milyard manat
dövlət proqramlarının maliyyələşdirilməsinə
yönəldiləcək
2014-cü ildə sosial müdafiə və sosial təminatlı xərclər 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12, 5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitəyə 8,7 faiz, mənzil kommunal və təsərrüfatı xərclərinin 14 faiz artımı praqnozlaşdırılır. Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə təxminən 30 milyon manat, hemofiliya və talassemiya, qan xətsəlikləri üzrə tədbirlərə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üzrə dövlət proqramının təmin olunması üçün təxminən 40 milyon manat, şəkərli diabet üzrə dövlət proqramına 34 miylon manata qədər vəsait ayrılacaq.
Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14% artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 mlrd. manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 mln. manat (6%) çoxdur.

Sumqayıt, Şirvan,
Mingəçevir, İmişliyə
dövlət büdcəsindən
vəsait ayrılmayacaq
Nazir qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 milyon, sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 milyon, kənd təsərrüfatının inkişafı üçün isə "Aqrolizinq" ASC-yə 35 milyon manat ayrılması planlaşdırılır.
S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 9 baş konsulluq və beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin maliyyələşdirilməsi, beynəlxalq tədbirlərdə iştirakı üçün 20 mln. manat nəzərdə tutulub: "Gələn ildən regionların maliyyələşməsi proqramına uyğun olaraq Sumqayıt, Şirvan, Mingəçevir, İmişli rayonlarına dövlət büdcəsindən cari xərclər üçün vəsait ayrılmayacaq".
Hüseyn İsgəndərov