CHP-Gülən ittifaqı Türkiyəni hara aparacaq?
10:24 11-02-2014
DÜNYA
CHP-Gülən ittifaqı Türkiyəni hara aparacaq?
Bu ittifaqdan qazanan siyasilər, yoxsa türk xalqı olacaq?
Son vaxtlar Türkiyənin daxili siyasi həyatında baş verənlər bu ölkəni yenidən onun müttəfiqləri və rəqiblərinin diqqət mərkəzinə çevirib. İndi həm sadə türklər, həm də Türkiyəyə xüsusi marağı olan ölkələr Ankaranın yolunun bundan sonra hansı istiqamətə olacağını gözləyirlər. Xüsusilə, 17 dekabr əməliyyatından sonra Ərdoğan hökuməti ilə Gülən camaatı arasında yaranan ciddi problem, tərəflərin bir-birini səs yazısı ilə ifşa etməsi, hətta problemin həllinin məhkəmə intansiyasına belə gedib çıxması tezliklə Türkiyənin siyasi sferasında, eləcə də hökumətində sözün həqiqi mənasında bir yeniliyin olacağını qaçılmaz edir.
Hazırda əsas diqqət çəkən məqamlardan da biri ondan ibarətdir ki, Ərdoğan və rəhbərlik etdiyi hökumətdən incik düşən Gülən camaatı bundan sonra hansı siyasi çevrəni dəstəkləyəcək. Hazırda Türkiyənin bələdiyyə seçkiləri ərəfəsində olduğunu nəzərə alsaq deyə bilərik ki, tezliklə Gülən camaatı hansı siyasi dairəyə dəstək verəcəyini açıqlayacaq. Hələlik bu istiqamətdə qeyri-müəyyənliyin olduğu bir ərəfədə artıq Gülən camaatının bundan sonra hansı siyasi qüvvə ilə əməkdaşlıq edəcəyi barədə proqnozlar səslənməyə başlayıb. İrəli sürülən iddialara əsasən AKP hökuməti ilə problemlər yaşayan Gülən camaatı qarşıdam gələn bələdiyyə seçkilərində ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasına dəstək nümayiş etdirəcək. Ancaq Gülən camaatının CHP-yə dəstək verməsi üçün gərək ilk növbədə bəzi güzəştli addımlar atsın.
Birincisi, ana müxalifət partiyası gərək daxili strukturuna yenidən nəzər salsın və nisbətən sağçı yönüm tutsun. Düzdür, partiyada CHP-nin sağ təmayüllü bir partiyaya çevrilməsini qəbul etməyənlər də var. Antisağçılar CHP-nin Gülən camaatı ilə işbirliyinə də qarşı çıxırlar. Ona görə də ana müxalifət partiyası bundan sonra sağ təmayüllü bir partiya təsəvvürü yaratmaqla yanaşı, daxildəki etirazçıları da sakitləşdirsin. Bu sakitlədirmənin yolu isə etirazçıların CHP-dən uzaqlaşdırılmasından keçir. Türkiyəli ekspertlər də hesab edirlər ki, "Gülən camaatı ilə ittifaq olacaqmı?" sualı partiyada ciddi ayrıseçkiliyə gətirib çıxara bilər. Çünki CHP bazası və partiyadakı milliyətçi qanad bu əməkdaşlığa isti baxmır. Partiya rəhbərliyinin də, xüsusilə CHP sədri Kamal Kılıçdaroğlunu bu əməkdaşlığa prinsipial, amma müsbət yaxınlaşdığı iddia edilir. Bildirilir ki, Gülən caamatı ilə CHP arasında mümkün əməkdaşlıq məsələsi hələ partiya sədri Kamal Kılıçdaroğlunun Birləşmiş Ştatlara səfəri zaman müzakirə edilib və tərəflər arasında qarşılıqlı anlaşma əldə edilib. Xəbərlərə görə CHP sədri okeanın o tayına səfəri zamanı Vaşinqtonda Fətulla Gülənlə görüşmüşdü.
Hazırda analitikləri, eləcə də sadə türkləri də düşündürən və cavab tapılmalı olan bir sual var. CHP və Gülən camaatının AntiƏrdoğan ittifaqı reallaşacaqmı? Əgər bu ittifaq baş tutacaqsa bu oyundan hansı tərəf, Gülən camaatı, yoxsa CHP uduşla ayrılacaq? Nəzərə almaq lazımdır ki, həm CHP, həm də Gülən camaatının siyasi və ideoloji fəaliyyətləri tamamilə fərqlidir. Bu iki qüvvənin əməkdaşlığı prizmasında isə normal Türkiyə təsəvvürləri qeyri-müəyyəndir. Konkret desək normal şərtlər altında belə bir ittifaq mümkünsüz görünür. Ancaq proseslərə "siyasətdə hər şey mümkündür" prizmasından yanaşsaq onu deyə bilərik ki, son yaşananlar yerli seçkilərdə CHP ilə Gülən hərəkatının taktiki bir koalisiyaya gedəcəyinin işarələrini verir.
Əslinə baxsaq CHP və Gülən hərəkatının ortaq əməkdaşlığı yalnız bir şeyə, Ərdoğanın rəhbərlik etdiyi partiyanın hökumətdən uzaqlaşdırlmasına yönəlib. Çünki CHP ilə Gülən hərəkatı arasında başda Kürd məsələsi olmaqla din-dövlət əlaqəsi, azadlıqlar, Ergenekon, Balyoz iddiaları və Alevilik mövzusunda ciddi görüş fərqləri var. Əgər mart ayının 30-da keçirilən bələdiyyə seçkiləri gözlənilən nəticə CHP-də sözün əsl mənasında zəlzələ baş verəcək. Əks təqdirdə CHP səs çoxluğu qazanıb Ankara və İstanbulda əsas yerləri ələ keçirə bilsə Kılıçdaroğlu qarşıdakı parlament seçkilərində belə CHP-nin qələbəsini təmin etmiş olacaq. Gülən və onun rəhbərlik etdiyi camaat isə Ərdoğan hökuməti dövründə itirdiyi mövqelərini yenidən bərpa edəcək, bir sıra güzəştlər qazanacaq. Hətta Fətulla Gülənin də Birləşmiş Ştatlardan Türkiyəyə dönməsi mümkün görünür. Bundan başqa Gülən camattının xüsusi bir planının da olduğu vurğulanır. İddia edilir ki, Gülən hərəkatının əsl hədəfi Ədalət və İnkişaf Partiyasını parçalayıb hazırkı prezident Abdullah Gülün rəhbərliyi altında yeni bir sağ yönümlü partiyasının yaranmasına nail olmaqdır. Bir müddət əvvəl Abdulla Güllə Rəcəb Tayyib Ərdoğan arasında problem yaratmağa yönəlik cəhdlərin də arxasında məhz bu dayanırdı. Hələlik Gülən camaatının bu planı reallaşmır.
Ona görə də hazırda sözügedən planı reallaşdırmaq arzusu ilə Gülən CHP ilə əməkdaşlığa gedir. Abdulla Gülün prezident səlahiyyəti bitdikdən sonra həmin planın işə düşəcəyi istisna edilmir. Odur ki, bələdiyyə seçkilərindən sonra Gülən Hərəkatının ilk işi yeni partiya axtarışına çıxmaq olacaq. Bundan sonrakı hədəf isə yeni yaranacaq partiya ilə parlament seçkiləri və prezident seçkiləri mübarizəsinə qoşulmaqdan ibarətdir.
Süleyman İsmayılbəyli
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04