Məmurların gizli varlanma planı
10:59 13-03-2014
İQTİSADİYYAT
Məmurların gizli varlanma planı
Onlar kiçik sahibkarlığı niyə məhv edirlər?
Xəbər verildiyi kimi, srağa gün metropolitenin bir neçə stansiyasında ticarət obyektlərinin fəaliyyəti dayandırılıb, obyekt sahiblərinin etirazı nəticəsində onlara bir həftə vaxt verilib. Metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq kassaların yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.
Biz məsələyə tamam başqa aspektdən yanaşacağıq. Son bir-iki ildə Azərbaycanda xeyli analoji addımlar atılıb. Küçə ticarəti tamamilə olmasa da, 90 faiz aradan qaldırılıb. Xırda marketlərin bir çoxu qapadılıb. Bəs bütün bunlar nədən xəbər verir? Görünən odur ki, əslində baş verənlər ölkədəki bir çox iri məmurların maraqlarına uyğun baş verir, daha doğrusu, onların nəzarətindəki nəhəng ticarət mərkəzlərinin önünü daha da geniş açmaq üçün xırda ticarət aradan qaldırılır.Ekspertlər də bu prosesi başqa cür izah etməyə çətinlik çəkirlər; onların da əksəriyyətinin fikri bundan ibarətdir ki, Azərbaycanda kiçik sahibkarlığın inkişaf etdirilməsi əvəzinə, iri sahibkarlığa daha çox önəm verilir, hansı ki, belə sahibkarlıq fəaliyyətləri mütləq qaydada oliqarx-məmurların nəzarəti və himayəsi altında, birbaşa da olmasa, dolayı yolla onlara bağlı şəkildə baş verir. Əslində isə xarici dövlətlər hər zaman kiçik sahibkarlığın inkişafı istiqamətində işlər görürlər, çünki real, davamlı iqtisadi inkişaf ancaq bu halda mümkündür.Ekspertlər hesab edirlər ki, kiçik sahibkarlığın ləğvinə gətirib çıxaran zərərli yanaşma yeni sahibkarlıq subyektlərinin yaranmasına mane olur, monopoliyanın, inhisarçılığın qarşısıalınmaz prosesə çevrilməsini şərtləndirir. Nəzərə alaq ki, bu gün təkcə metropolitendə olan ticarət köşklərində 3 minə yaxın xırda sahibkar fəaliyyət göstərir. Onların böyük əksəriyyəti isə, öz bizneslərinin inkişafı və ya digər səbəblərdən banklardan kreditlər götürüblər. Xırda sahibkarların bizneslərinin əllərindən alınması Azərbaycanda sahibkarlıq mühitini təhlükə altına salacaq. Nəticədə istər yerli, istərsə də xarici investorlarda bu ölkədəki sahibkarlıq mühitinin təhlükəli vəziyyətdə olması ilə bağlı rəylər formalaşacaq.Ekspertlər hesab edirlər ki, bütün bunlar həm də ölkədə işsizliyin səviyyəsinin artmasına səbəb olacaq. İşsizliyin kifayət qədər yüksək olduğu bir vaxtda yeni işsizlərin meydana çıxması isə ölkə iqtisadiyyatına ancaq mənfi təsir edəcək. Konkret olaraq, metropolitendəki ticarət obyektlərinin bağlanması ölkədəki işsizliyin səviyyəsini daha da artıracaq. Üstəlik, bir müddət əvvəl həmin ticarət obyektləri təmir edildi. Köşklərin də pulları həmin sahibkarlardan alınıbsa, bu artıq onların nəinki sahibkarlıq hüquqlarının pozulmasına eyni zamanda vətəndaş hüquqlarının da kobud şəkildə pozulması deməkdir.Bir sözlə, açıq görünür ki, bir çox iri məmurlar öz ticari maraqlarını daha da genişləndirmək, inhisarçı mövqelərini gücləndirmək üçün kiçik sahibkarlığın ləğvi prosesinə start veriblər. Bunun nəticələri isə həm ümumi ölkə iqtisadiyyatı, həm də sadə vətəndaşların mənafyei nöqteyi-nəzərindən şübhəsiz ki, ürəkaçan olmayacaq.
Ömər Arzulu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53