Mikayıl Cabbarov əmr verdi
12:04 04-11-2015
CƏMİYYƏT
Təhsil naziri "Sabahın alimləri" V Respublika müsabiqəsinin keçirilməsi üçün sənəd imzaladı
Ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən "İntel İSEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi ilə təhsil naziri "Sabahın alimləri" V Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.
Əmrdə qeyd olunur ki, ümumi təhsil müəssisələrinə direktorları noyabrdan etibarən şagirdlərin mövzularının "sabahinalimleri.edu.az" saytında onlayn rejimində qeydiyyatdan keçirilməsini və 25 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmis mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etməlidirlər. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin qeydiyyatdan keçməsi 2016-cı il 15 yanvar tarixinədək təmin ediləcək.
Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki Universiteti (H.Məmmədov), Sumqayıt Dövlət Universiteti (E.Hüseynov) , Naxçıvan Dövlət Universiteti (S.Məhərrəmov) və Qafqaz Universitetinə (Ə.Saniç) tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində müsabiqənin təşkili ilə bağlı məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının təhsil naziri P.Nağıyevə həvalə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə və Sumqayıt şəhərlərinin təhsil idarələrinə, digər rayon və təhsil şöbələrinə ümumi təhsil müəssisələri arasında müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin genişləndirilməsi və müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılıb.
Nazirliyin Elm və ali təhsil şöbəsi tərəfindən müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlanacaq, eyni zamanda müsabiqənin həmtəşkilatçısı olan nazirlik və təşkilatçıların birgə qərarının layihəsi 20 gün müddətinə nazirliyin rəhbərliyinə təqdim ediləcək. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) isə müsabiqəyə texniki dəstək verilməsini (müvafiq elektron xidmətlərin göstərilməsi) təmin edəcək.
Qeyd edək ki, müsabiqə 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək. Bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə bilərlər. "Sabahın alimləri" Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən "İntel İSEF" - "İntel" Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.
Respublika müsabiqəsində ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək "İntel İSEF"-də iştirak etmək hüququ qazanırlar.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18