Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində "Niva" markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər.
Əməliyyat saat 18:23-də başa çatıb.