İspaniya Kubokunun finalı "Santiago Bernabeu"da keçirilməyəcək.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, buna "Real"ın prezidenti Florentino Perez razı olmayıb. O, qərarını mayın sonlarında stadionunda aparılacaq rekonstruksiya işləri ilə əlaqələndirib.
İspaniyada çoxları hesab edir ki, əsl səbəb "Barselona"nın əzəli rəqibinin stadionunda kubok qaldırmaq təhlükəsidir. Katalonların eks prezidenti Joan Qaspar da Perezdən bunu etiraf etməyi istəmişdi.
Qeyd edək ki, ötən il finalın "Santiago Bernabeu"da keçirilməsinə məşhur ifaçı Bryus Sprinqstinin konserti mane olmuşdu. Bu il kubokun həlledici oyunu mayın 27-i baş tutacaq.