İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181283_src.jpg

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181282_src.jpg

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_203171_src.jpg