Türkiyə klubu "Karabükspor UEFA tərəfindən sərt cəzaya məruz qalıb.
Unikal.org-un yerli mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib.
Buna səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsidi. Bir müddətdi "Karabüksporla bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb. "Karabükspor 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək.
Klub rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə müraciət etməsi üçün 10 gün vaxtı var