Ümumdünya dopinq əleyhinə agentlik (WADA) Azərbaycan və İndoneziyanın dopinq əleyhinə agentliklərini fəaliyyətləri təşkilatın nizamnaməsinə uyğun gəlməyən agentliklərin siyahısından çıxarıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Daha öncə bu ölkələr nizamnamənin tələblərini pozduqları üçün lisenziyadan məhrum edilmişdilər.