Ayaz Quliyev Mahaçqala klubuna icarəyə göndərilib
Əslən azərbaycanlı olan "Spartak" Moskva klubunun yetirməsi Ayaz Quliyev "Anji" klubu ilə razılaşıb.
Unikal.org istipress.com-a istinadən bildirir ki, futbolçu mövsumun sonuna qədər Mahaçqala klubuna icarəyə göndərilib.
"Anji" Rusiya çempionatında 20 turdan sonra 11-ci pillədədir. Qeyd edək ki, "Anji" klubuna erməni Aleksandr Qriqoryan baş məşqçilik edir. Bir müddət əvvəl millimizin futbolçusu Vaqif Cavadov müsahibəsində bildirmişdi ki, "Anji" klubuna erməni baş məşqçi rəhbərlik etdiyi üçün transfer olunmaq istəməyib.