İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən keçirilmiş "Bləkbörn" - "Mançester Yunayted" oyununda maraqlı an yaşanıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, ev sahiblərinin azyaşlı azarkeşinin addımı hamının marağını cəlb edib.

Belə ki, meydana futbolçularla birlikdə çıxan uşaqlardan biri matçın hakimi Martin Atkinsondan "Bləkbörn"ün futbolçularına vərəqə göstərməməyi xahiş edib. Onun bu hərəkətini "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo da təəccüblə qarşılayıb.

Atkinson azyaşlı "Bləkbörn" azarkeşinin xahişini tam olaraq yerinə yetirməyib. Belə ki, 90 dəqiqə ərzində referi ev sahiblərindən Derrik Uilyamsı sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, "Bləkbörn" - "Mançester Yunayted" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.