Xəbər verdiyimiz kimi, millimizin üzvü Dəniz Yılmaz Türkiyənin "Bursaspor komandasının əsas heyətindən uzaqlaşdırlıb. Futbolçu bir müddət aşağı yaş qrupları üzrə komanda ilə birgə hazırlıqlarını dava etdirəcək.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, Bursa təmsilçisinin prezidenti Ali Ay futbolçumuzun və onun komanda yoldaşı Sərcan Yıldırımın əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib. Klub prezidenti Dəniz Yılmazın "Bursaspor" rəhbərliyindən və azarkeşlərindən üzr istəməsini tələb edib:
"Dəniz "Kayserispor"la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməlidir. Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi isə fərqlidir.O, bizim övladımızdır. Sərcana sahib çıxmaq istədik, amma çox tənbəldi".
Qeyd edək ki, Dəniz Yılmaz Super Liqanın son turunda "Kayserispor"la görüşdə rəqib futbolçunun ayağına zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. "Bursaspor" azlıqda qaldıqdan sonra qapısında 2 qol görmüşdü.