İspaniya La Liqasının XXV turu "Real" üçün əlamətdar olub.

Unikal.org xəbər verir ki, "kral klubu" "Las Palmas"la matçda heç-heçə (3:3) etsə də, yeni rekord müəyyənləşdirib.

Belə ki, madridlilər ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olublar. Bununla Zinəddin Zidanın yetirmələri İspaniya futbol tarixinə düşüblər. "Real" 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada qol vuran əzəli rəqibi "Barselona"nın rekordunu yeniləyib.

Qeyd edək ki, "Real" sonuncu dəfə ötən il, aprelin 26-da Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə görüşdə fərqlənə bilməyib (0:0).