Milli Xokkey Liqasının (NHL) "Detroyt - "Edmonton oyununda xoşagəlməz hal yaşanıb.
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatan oyunun gedişində şayba meydandan çıxaraq meydan sahiblərinin baş məşqçisi Cef Bleşşilin başına dəyib.
Sol qaşında geniş çapıq əmələ gələn mütəxəssis qısa müddətdə xeyli qan itirib. Komandanın tibb personalı hadisəyə yerində müdaxilə ediblər.
İşin maraqlı tərəfi isə odur ki, baş məşqçi aldığı yara ilə bağlı kənara çəkilmək istəməyib. Ona matç davam edərkən, ehtiyat oyunçular skamyasında yardım edilib və qaşına tikiş vurulub.
Həmin görüntüləri təqdim edirik.