Türkiyənin təhsil naziri İsmət Yılmazın avtomobil karvanı qəzaya uğrayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nazirin Sivas vilayətinə səfəri zamanı baş verib. İ.Yılmazla polis rəisinin vəzifə avtomobili toqquşub.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur.