Sosial şəbəkələrdə Bakıda dəbdəbəli mənzillərini Küveytdən olan ərəb turistlərə 3 günlüyə kirayə verən və qayıdıb gördükləri mənzərə qarşısında şoka düşən ər-arvadın görüntüləri yayılıb.

Unikal.org xəbər verir ki, kadrlarda ərəblərin mənzili sözün əsl mənasında darmadağın etdiyi, hər tərəfi zibillədikləri, qarpızı yeyib qabığını döşəməyə atdıqları görünür. Kadr arxasından evin sahibəsi deyir: "Tüpürüm bunların verdiyi pula...

Ər isə ərəbləri "harada olsalar tapacağını deyir. Onlar yataq otağında gördükləri mənzərədən də şoka düşürlər və "uşaqları qoyma baxsınlar deyirlər.