Güclü yağışların səbəb olduğu qəfil daşqınlar Pakistan, Kəşmir və Nepalda 400-dən çox insanın həyatına son qoyub, çox sayda insan itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Pakistanın şimal-qərbində 48 saat ərzində ən azı 321 nəfər həlak olub, yerli hakimiyyət orqanları şənbə günü bildiriblər ki, Hayber Paxtunxva əyalətinin Buner bölgəsində ondan çox kənd daşqınlar nəticəsində dağılıb.
***11:11
Pakistanda daşqınlar nəticəsində torpaq sürüşmələri baş verib.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, yağışların səbəb olduğu qəfil daşqınlar 220 nəfərin həyatına son qoyub.
Pakistanın Xeyber-Paxtunxva əyalətində helikopterin qəzaya uğraması nəticəsində beş ekipaj üzvü həlak olub. Bunun fonunda bölgədə matəm elan olunub.