UEFA avrokubokların play-off mərhələsində səfərdə vurulan qolun üstünlüyünü ləğv edəcək.
Unikal.org "Kicker"ə istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi bu məsələni fevralın 6-da İtaliyanın paytaxtı Romada keçiriləcək növbəti iclasında nəzərdən keçirəcək.
Qeyd edək ki, səfər qolu üstünlüyü 1965-ci ildən sonra qüvvəyə minib və daha sonra bütün avrokubok oyunlarında tətbiq edilib. Eyni zamanda milli federasiyalar daxili rəqabət qaydalarını öz mülahizələri ilə tənzimləyə bilərlər. Bu qaydanı rədd edən ölkələr arasında İngiltərə də var.