Gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də Şirvanda vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.
GİN-dən Unikal.org-a verilən məlumata görə, qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
(Şirvan- 055-3334004, Hacıqabul - 055-2574790, Neftçala-050-3204242, Saatlı-055-2115650, Sabirabad-050-2068677, Salyan-055-2006665)