Boks üzrə Rusiyanın ölkə çempionu Aleksandr Kostromin öldürülüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı idmançının cəsədi evinin yaxınlığında tapılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Belqorod şəhərində yaşayan Kostromin 8 güllə ilə vurularaq öldürülüb. Cinayəti törədən şəxs maşınla hadisə yerindən uzaqlaşıb.

2014-cü ildə Krım şəhərində keçirilən beynəlxalq çempionatda qızıl medalın sahibi olan Kostromin, 16 fevralda Litvanın paytaxtı Riqada keçiriləcək yarışa hazırlaşırdı.

29 yaşlı boksçunun sabah ad günü idi.