Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Unikal.org AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1.Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
2.Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi
3.Digər məsələlər
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün saytımızda yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.