AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində  “Sabah”  klubunun futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur

Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Həşimov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.

Azərbaycan  Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt” klubunun 5 , “Qarabağ” klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

Azərbaycan  Premyer Liqasının 16-cı turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”  klubunun futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Sumqayıt-2” – “Keşlə-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elvin Nəsibov təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

“Sumqayıt-2” – “Keşlə-2” matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün “Keşlə-2” klubuna texniki məğlubiyyət verilir. Hesab  olduğu kimi – 0:3 saxlanılır.

Birinci divizionun 14-cü turunun “Sabah-2” – “Neftçi-2” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı klublar 80 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında lazımı inventarlar olmamasına görə meydan sahibi klub 160 manat cərimə olunur.

“Turan Tovuz”  klubu oyunun videoyazısını təqdim etmədiyinə görə klub 80 manat cərimələnir.

Birinci divizionun 14-cü turunun “Şüvəlan” – “Səbail-2” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur.

Oyunun 75-ci dəqiqəsində  “Səbail-2”  klubunun futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Zirə-2” – “Ağsu” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. 

“Ağsu” klubu lazımi tələbləri yerinə yetirmədiyinə görə oyun 8 dəqiqə gec başlayıb. Bu səbəbdən  klub 240 manat cərimə olunur.

“Kəpəz” – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün “Kəpəz” klubuna texniki məğlubiyyət verilir. Hesab  olduğu kimi – 0:3 saxlanılır.      

Birinci divizionun 14-cü turunun “Qaradağ Lökbatan” – “Zaqatala” matçının 64-cü dəqiqəsində “Zaqatala”  klubunun futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 70-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Firuddin Mövsümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun  26-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat сərimə olunur.