“Barselona” 21 yaşlı futbolçu ilə mövsümün sonu üçün razılığa gəlib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu icarə əsasında “Ayntraxt”da forma geyinən Luka Yoviçi mövsümün sonunda heyətinə qatacaq. İspaniya təmsilçisi Bundesliqada göstərdiyi oyunla diqqətləri üzərinə çəkən futbolçu ilə cari mövsümün sonu üçün razılıq əldə edib.
Müqaviləylə “Benfika”ya məxsus olan serbiyalı forvardın “Liverpul”, “Bavariya” kimi klubların maraq dairəsində olduğu deyilir.
2016-cı ildə 6,6 milyon avro qarşılığında “Benfika”ya transfer olunan Yoviç, 2017-ci ildən icarə əsasında “Ayntraxt”da forma geyinir. O, bu mövsüm Almaniya klubunun heyətində iştirak etdiyi 19 çempionat oyununda 14 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Serb futbolçu Avropa Liqasında 5 qolun müəllifidir.