Təyyarə qəzasında həyatını itirən mərhum futbolçu Emiliano Salanın sevgilisi Luisa Unqerer, Fransa mətbuatına açıqlama verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, voleybolçu olan Unqerer, mərhum sevgilisi haqda bunları deyib:
“Sala ilə 2017-ci ildə sosial şəbəkədə tanış olmuşdum. Onu son dəfə 14 yanvarda, ad günündə görmüşdüm.
“Kardiff Siti”yə gedəcəyini və ilkin razılıq əldə olunduğunu deyirdi. Onun adına çox sevinmişdim. Çünki İngiltərə Premyer Liqasında oynamaq, ən böyük arzusu idi.
Fransada birlikdə gəzdiyimizdə, azarkeşlər ona yaxınlaşaraq, şəkil çəkdirirdi. Mən də ona, “səndən kim bu qədər qol vurmağını istəmişdi?” deyirdim. Onunla zarafatlaşırdıq.
Qəza haqda çox şey soruşurdular. Bu, çox çətin idi. Onun geri qayıtmasını çox istəyirdim. Qəzada yoxa çıxdıqdan sonra həmişə onun sağ olduğuna inanırdım. Meyiti tapılana qədər, ümidli idim ki, gələcək. Onu sonsuza qədər sevəcəm”.
“Nant”dan “Kardiff Siti”yə transfer olunan Sala, təyyarə qəzasında həyatını itirib.