Xorvatiya mətbuatı Azərbaycan futbol üzrə millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin illik məvacibi haqqında məlumat yayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı xorvat mütəxəssisin illik məvacibi 300 min avro olacaq. Xorvatiya mətbuatı Yurçeviçin Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçkidən təxminən 3 dəfə az məvacib alacağını yazıb. Xorvat jurnalistlər Berti Foqtsun AFFA-dan 2 milyon avro məvacib aldığını, əvəzində ortaya heç bir iş qoymadığını da qeyd ediblər.
Yurçeviç AFFA ilə bir illik müqavilə imzalayıb və onun qarşısına əsas tələb kimi 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq qoyulub.