Fransanın "Monako" klubunun vitse-prezidenti Vadim Vasilyev postundan ayrılıb. 

Unikal.org klubun saytına istinadən xəbər verir ki, qərar Knyazlıq təmsilçisinin prezidenti Dmitri Rıbolovlev tərəfindən qəbul olunub. 

"Monako" hazırda Fransa çempionatında 24 turdan sonra 19 xalla 18-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Vadim Vasilyevin daha öncə futbolçuların satışından faiz götürdüyü üzə çıxıb.