Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk 8 oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, gecənin sensasiyası Belarusda qeydə alınıb.

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat və Avropa Liqasının qrup mərhələsində rəqibləri olmuş BATE ilə İngiltərə "Arsenal"ı üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-cı dəqiqədə Stanislav Draqun vurub.

Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında Portuqaliya "Benfika"sına uduzub - 1:2. "Sarı-qırmızılar"ın yeganə qolunu Kristian Luyindama vurub.