Azərbaycan Cüdo federasiyası daha iki legioneri milli komandaya gətirib.
Unikal.org-un əldə etdiyi məlumata görə, “milliləşdirilən” idmançılardan biri 52 kq çəki dərəcəsində çıxış edən rumın əsilli Aleksandra Larisa Florian, digəri isə 70 kq-da çıxış edən türkiyəli Rukiyye Özerdemdir.
Millinin heyyətinə qatılan monqol cüdoçulardan əlini üzən Rövnəq Abdullayevin Federasiyası yeni legionerlərlə uğur qazanmağı düşünür.
Əldə etdiyimiz məlumata görə, əcnəbilərin millimizə gətirilmə səbəbi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qədər idmançıların millimizə adaptasiya olunmasıdır.
Qeyd edək ki, monqol idmançılarımız millini ötən il tərk edib.
Aygün İlqarqızı