Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, həftənin ikinci matçında sonuncu pillədə qərarlaşan "Zirə" lider "Neftçi"ni qəbul edib.

Görüş ərzində hər iki komandanın fərqlənmək üçün şansı olsa da, hesab açılmayıb.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Qonaqlar xallarını 38-ə, meydan sahibləri isə 14-ə çatdırıb.

Bu gün keçirilən açılış matçında "Keşlə" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 17-də baş tutacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.