Türkiyə Superliqasında XXII turun növbəti oyunu keçirilib.
Unikal.org xəbər verir ki, liderliyə iddialı olan “Qalatasaray” səfərdə “Kasımpaşa” klubu ilə qarşılaşıb. Maraqlı epizodlarla yadda qalan görüş qonaqların 1:4 hesablı qələbəsilə başa çatıb.
Fatih Terimin komandası bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endirib.