İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.
Unikal.org xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər. Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar.
73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.
Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb.
Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.