Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq.

Unikal.org xəbər verir ki, Nikola Yurçeviçin başçılıq etdiyi milli komanda martın 25-də yoldaşlıq oyunu keçirəcək.
Milli komanda 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.\

Oyun saat 18:00-da başlayacaq. Bu görüş Yurçeviçin millimizin “sükanı arxası”nda Azərbaycanda debüt matçı olacaq.

Qeyd edək ki, millimiz serbiyalı yeni baş məşqçisinin rəhbərliyi altında martın 21-də Xorvatiya yığmasıyla Zaqrebdə rəsmi qarşılaşmada debüt edəcək.