İngiltərənin “Lids” klubu cəzalandırılıb.

Unikal.org xəbər verir ki, İngiltərə Futbol Liqası (İFL) Çempionşip təmsilçisinə 200 min sterlinq pul cəzası verib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Lids” klubu texniki heyətdən bir nəfəri matçlardan əvvəl rəqib komandaların məşqlərini izləməyə göndərdiyi üçün cəzalandırılıb. “Lids”in “kəşfiyyatçı”sı son olaraq, yanvarın 11-də keçirilən “Derbi Kaunti” ilə matçdan əvvəl rəqibin məşqini izləyib.