“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya 0:2 hesabıyla məğlub olub.

Unikal.org xəbər verir ki, matçdan sonra Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo, jurnalistlərə açıqlamasında “Atletiko”ya sataşıb:

“Mən beş dəfə Çempionlar Liqasının qalibi olmuşam. Bəs “Atletiko” neçə dəfə? 0 dəfə. Heç nə bitməyib, qarşıda cavab matçımız var. Nə olacağını görəcəyik”.

“Atletiko” – “Yuventus” matçında Madrid təmsilçisinin azarkeşləri portuqaliyalı hücumçunun əleyhinə şüarlar səsləndirib. Ronaldo isə cavabında onlara əli ilə “5” göstərərək, 5 dəfə bu turnirin qalibi olduğunu xatırladıb.

“Yuventus”la “Atletiko” arasındaki cavab matçı martın 12-də keçiriləcək.