UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsinin ikinci həftəsinin ən yaxşı oyunçusu adına Tyaqo Alkantara (“Bavariya”), Rahim Sterlinq (“Mançester Siti”), Ceyson Denayer (“Lion”) və Dieqo Qodin (“Atletiko”) namizəd olub.
Qalib azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.