PSJ-nin zədəli futbolçusu Neymar Braziliyaya yollanacaq.

Unikal.org xəbər verir ki, 27 yaşlı hücumçu bu gün müalicə kursu üçün vətəninə yola düşəcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Neymarın klubun həkimləriylə birgə Braziliyaya gedəcəyi və 10 günlük müalicə kursu keçəcəyi bildirilib.

Ötən ay zədələnən Neymarın apreldə yaşıl meydanlara qayıdacağı gözlənilir.