Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 8 cavab görüşü keçirilib.
Unikal.org-un məlumatına görə, Türkiyə təmsilçilərindən "Fənərbağça" Rusiyada "Zenit"in qonağı olub.
Sankt-Peterburqda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalan oyunlara gəldikdə, qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" İngiltərədə Belarus BATE-sini darmadağın edərək, ilk görüşdəki minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Əvəzində Portuqaliya "Sportinq"i İspaniyada "Vilyarreal"la qarşılaşmada 1:1 hesablı heç-heçə edib və ilk görüşdə 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.
1/8 finala qalan vəsiqələrə Almaniyanın "Ayntraxt" (Frankfurt), Avstriyanın "Zaltsburq", Xorvatiyanın "Dinamo" (Zaqreb), İspaniyanın "Valensiya" və İtaliyanın "Napoli" komandaları sahib çıxıb. Ötən gün bu hüquqa İspaniya "Sevilya"sı yiyələnib.