Mayın 10-12-də Qərbi Kaspi Universiteti Beynəlxalq Alpinizm Federasiyası (UİAA) ilə əməkdaşlıq çərçivəsində “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil edəcək.
Unikal.org xəbər verir ki, dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik səbəbindən) və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransın başlıca prioriteti bu məsələləri müzakirə etmək və dünya səviyyəsində ən qabarıq problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri və digər bu problemin həlli ilə maraqlanan mütəxəssisləri bir araya gətirməkdir.
Konfransda dünyanın müxtəlif ölkələrinin tədqiqatçı və mütəxəssislərinin iştirakı gözlənilir. Konfransın “Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik”, “Dağ landaşftları”, “Dağ Mədəniyyətləri”, “Dağ turizmi və Rekreasiya” sessiyaları üzrə keçirilməsi nəzərdə tutulub.
Konfrans barədə daha ətraflı məlumat və qeydiyyat üçün bu linkdən istifadə etmək olar: http://konfrans.wcu.edu.az/index.html