Bu gün Türkiyə Superliqasında 25-ci turun daha 3 oyunu keçirilib.
Unikal.org-un məlumatına görə, turun mərkəzi qarşılaşmasında lider "Başakşəhər" doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Trabzonspor" da evdə "Akhisar"ı eyni hesabla məğlub edib. "Ankaragücü" - "Bursaspor" matçında isə hesab açılmayıb.
9 mart
"Trabzonspor" - "Akhisar" - 2:1
Qollar: C. Bokila, 65 (0:1), E. Nvakaeme, 70 (1:1), J. Sosa, 76-penalti (2:1)
"Başakşəhər" - "Fənərbaxça" - 2:1
Qollar: Robinyo, 19 (1:0), R. Soldado, 73 (1:1), S. Napoleoni, 83
"Ankaragücü" - "Bursaspor" - 0:0
Qeyd edək ki, 25 turdan sonra "Başakşəhər" 57 xalla turnir cədvəlinə başçılıq edir. 28 xalı olan "Fənərbaxça" isə 14-cü pillədə qərarlaşıb.