"Bakı Marafonu-2019"un qalibləri müəyyənləşib.
Unikal.org xəbər verir ki, kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Senyange tutub. İranlı Məhəmməd Cəfər Moradi ikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib.
Ukraynalı Valentina Paltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb. Şotlandiyalı Suzanna Matonti ikinci yeri tutub. Azərbaycanlı Ayna Yusibova isə üçüncü olub.