Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilib.
Unikal.org xəbər verir ki, marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər.
“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürüb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.