Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" debütant "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Əmir Ağayev vurub.

Bununla da "Sumqayıt" xallarını 26-ya çatdıraraq, Premyer Liqada qalmağı təmin edib. 27 xala malik "Sabah" 6-cı pilləyə enib. 20 xalla sonuncu olacağı rəsmiləşən "Keşlə" isə əsasnaməyə görə, elitanı tərk edib.