“Portu” futbol klubunun qapıçısı İker Kasilyas xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.
İ. Kasilyas özünü yaxşı hiss etdiyini bildirərək istirahətə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, İ. Kasilyas ötən həftə məşq zamanı infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
İkiqat Avropa və dünya çempionu 2015-ci ildə “Real” Madriddən “Portu”ya transfer olunub.