Salyanda idman yarışına gedən yeniyetmələrdən ibarət mikroavtobus qəzasında dünyasını dəyişən şagird onu yarışa aparan müəllimin əmisi nəvəsidir.

Unikal.org-un əldə etdiyi məlumata görə, gəncləri güləş yarışına aparan idman ustası Samir Əhmədov həmin qəzada dünyasını dəyişən 11 yaşlı İlkin Əhmədovun atası Adillə əmi oğludur. Samir Əhmədov gənc güləşçiləri özünün idarə etdiyi mikroavtobusla Cəlilabad rayonunda keçirilən zona yarışına aparırmış. Həmçinin Əhmədovlar ailəsi Şirvan şəhərində qonşudurlar. "Vita” markalı avtomobilin idarəetməsini itirən və qəza törədən Samir Əhmədov əməkdar ustası, güləşçidir. O, Uşaq Gənclər İdman məktəbinin müəllimidir. Qəzada xəsarət alan Samir Əhmədov Salyan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Famil Fərhadoğlu