Rəqqasə Fatimə Fətəliyevaya vəzifə verilib.
Unikal.org xəbər verir ki, rəqqasə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin-Yaradıcı Kollektivin estrada artisti təyin edilib.
Bu barədə o, özünün "Instagram" hesabında yazıb: "Bu gündən yaradıcı fəaliyyətimdə yeni işə başladım. Ya Allah, xeyirli olsun. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi-Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin-Yaradıcı Kollektivin estrada artisti kimi çalışacam. Uğurlu olsun. Ruhumun qidasi rəqsdir".